“Mançester Yunayted” Avrokuboklarda unikal nailiyyət əldə edib

18.04.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Yunayted” Avropanın əsas matçının 120-ci dəqiqəsində iki qol vuran ilk komanda olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “OptaJoe” “X” sosial şəbəkəsində məlumat yayıb.

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Yunayted” “Lion”u 5:4 hesabı ilə məğlub edib. İngiltərə klubu 120-ci dəqiqədə iki qol vurub: Kobbi Maynu və Harri Maquayr fərqlənib.

İlk görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Mançester Yunayted” “Atletik”lə qarşılaşacağı turnirin yarımfinalına yüksəlib.

2025-ci ildə Avropa Liqasının finalı İspaniyanın “Atletik” klubunun ev stadionu San Mamesdə keçiriləcək. Turnirin hazırkı qalibi İtaliyanın “Atalanta” komandasıdır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью