Mançester Yunayted azlıqda qalan rəqibi ilə bacarmadı

27.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə Premyer Liqasının 34-cü turunda "Bornmut" "Mançester Yunayted"i qəbul edib.

Oxu.Az xəbər verir ki, Bornmutdakı "Vitaliti" stadionunda baş tutan qarşılaşma bərabərliklə başa çatıb - 1:1.

23-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Antuan Semenyo komandasını hesabda irəli çıxarıb. 70-ci dəqiqədə hesabda öndə olan komanda azlıqda qalıb. "Qrımızı şeytan"lar say üstünlüyündən yalnız 90+6-cı dəqiqədə istifadə ediblər. Rasmus Hoylund hesabı bərabərləşdirib.

Hazırda "Bornmut"un 34 oyundan 50 xalı var və klub Premyer Liqa cədvəlində 10-cu yerdədir. "Mançester Yunayted" isə 39 xalla 14-cüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью