“Mançester Yunayted” Baldeyə müştəri çıxıb

24.08.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin “Mançester Yunayted” futbol klubu “Barselona”nın müdafiəçisi Alexandro Baldenin transferi üzərində işləyir.

İdman.Biz xəbər verir ki, Mançester təmsilçisi 22 yaşlı futbolçunun nümayəndələri ilə ilkin əlaqə yaradıb.

Balde yay transfer pəncərəsi bağlanmamış “Barselona”dan ayrılmağa hazır olduğunu bildirib. Onun agenti Jorje Mendeşin Kataloniya klubunun rəhbərliyi ilə futbolçunun gələcəyini müzakirə etdiyi qeyd olunur.

Balde sağlam olmasına baxmayaraq, “Barselona”nın mövsümün ilk La Liqa oyunu üçün heyətinə daxil edilməyib. Bu qərar futbolçunun klubdan ayrılmaq ehtimalını daha da artırıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью