Mançester Yunayted bir oyunda iki antirekordla yadda qaldı

12.05.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında iki şəxsi antirekord müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, bu, mankunianlılar ötən gün Premyer Liqanın 36-cı turunda doğma meydanda "Vest Hem"ə 0:2 hesabı ilə uduzmasından sonra reallaşıb. 

Bu məğlubiyyət onların 2024/2025 mövsümündə 17-ci məğlubiyyəti olub. Bu, klubun son 51 ildəki ən zəif göstəricisidir. Bundan başqa, "qırmızı şeytanlar" 1992-ci ildən bəri ilk dəfədir ki, qələbəsiz seriyası 7 oyuna çatıb. 

Ruben Amorimin baş məşqçisi olduğu komanda 36 oyundan sonra 39 xalla 16-cı pillədə qərarlaşıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью