“Mançester Yunayted” “Borussiya”nın bombardirini hədəfə alıb

21.09.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin “Mançester Yunayted” futbol klubu komandanın hücum xəttini gücləndirmək üçün transfer bazarında çalışmalarını davam etdirir.

İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, İngiltərə klubu Dortmund “Borussiya”sının hücumçusu Seru Girassini transfer siyahısına daxil edib.

Məlumata görə, mankunianlıların skautları yanvar transfer pəncərəsi öncəsi 30 yaşlı forvardın çıxışlarını yaxından izləyirlər.

Girassi “Mançester Yunayted”in gündəmində yeni ad deyil. Onun namizədliyi hələ 2023-cü ildə də nəzərdən keçirilib. Lakin klub həmin vaxt “Atalanta”dan Rasmus Heylundun transferinə üstünlük verib.

Seru Girassi 2024-cü ildə Dortmund “Borussiya”sına keçib. O, bu müddətdə Almaniya klubunun heyətində 102 oyuna çıxaraq 64 qol vurub.

Forvard cari mövsümə də məhsuldar başlayıb. O, keçirdiyi 4 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bununla belə, “Borussiya”nın Girassi ilə yollarını ayırmaq niyyətində olmadığı bildirilir. Dortmund təmsilçisi çempionluq mübarizəsində hücumçunun xidmətlərinə güvənir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью