Mançester Yunayted braziliyalı qapıçı üçün 8 milyon dollar ödəməyə hazırdır

12.07.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Yunayted" "Botafoqo"nun qapıçısı Con Viktora təklif göndərib.

Sportal.az xəbər verir ki, "Goal"ın məlumatına görə, İngiltərə klubu 29 yaşlı qapıçının müqaviləsində göstərilən 8 milyon dollarlıq təzminatı ödəməyə hazırdır.

Bildirilir ki, "Botafoqo" artıq yeni qapıçı axtarışına başlayıb.

Qeyd edək ki, Con Viktor cari Braziliya çempionatında 11 oyun keçirib, onların 6-da qapısını toxunulmaz saxlayıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью