Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted” yarımmüdafiəçisi Bruno Fernandeşlə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubu hələ may ayında portuqaliyalı futbolçuya yeni müqavilə təklif edib. Lakin tərəflər razılaşmanın müddəti və əməkhaqqı məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
31 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsində 65 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.
Bununla belə, “Mançester Yunayted” Bruno Fernandeşi bu yay Türkiyənin “Qalatasaray” klubuna satmaq variantını nəzərdən keçirmir.