Mançester Yunayted bu futbolçu ilə maraqlanır

15.11.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Martin Baturina daha bir top klubun maraq dairəsinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

"Mançester Yunayted" 21 yaşlı futbolçunu almaq imkanını nəzərdən keçirir.

Qeyd edilib ki, transfer yanvarda baş tuta bilər.

Perspektivli xorvatiyalını “Barselona” və “Atletiko Madrid” də izləyir.

"Transfermarkt" portalı Martin Baturinanı 20 milyon avro qiymətləndirirlər.

Bu mövsüm hücumameyilli yarımmüdafiəçi bütün yarışlarda "Dinamo"nun heyətində 17 oyun keçirərək 2 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью