Mançester Yunayted bu hücumçu üçün 60 milyon təklif edib

07.06.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq təklif edib. SİA ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunun keçidini tez başa çatdırmaq niyyətindədir.

Kamerunlu oyunçu da məhz bu komandada çıxış etmək istəyir.

Qeyd edək ki, Brayan Mbeumo 2024/2025 mövsümündə "Brentford"da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью