Mançester Yunayted bu qış 3 oyunçusu ilə vidalaşmaqda qərarlıdır ADLAR

02.01.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted" bu qış 3 futbolçusu ilə vidalaşmaqda qərarlıdır. 

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, bunlar müdafiəçi Voktor Lindelöf, dayaq yarımmüdafiəçisi Kazemiro və pleymeyker Kristian Eriksendir. Mənbə "qırmızı şeytanlar"ın yalnız bu oyunçuları satandan sonra yeni transferlərlə bağlı hərəkətə keçəcəklərini vurğulayıb.

Xatırladaq ki, 19 oyuna 22 xal toplayan MY hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью