“Mançester Yunayted” bu qış üç oyunçusunu buraxmağa hazırdır

27.11.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted” yanvar transfer pəncərəsi açıldıqdan sonra üç oyunçusunu icarəyə göndərməyi düşünür.

İdman.Biz Daily Mail-ə istinadla xəbər verir ki, “qırmızı şeytanlar” daha çox oyun vaxtı qazanmaq üçün cinah müdafiəçi Dieqo Leon, dayaq yarımmüdafiəçisi Seku Kone və mərkəz müdafiəçisi Aydan Heveni buraxa bilər.

Həmçinin qeyd olunur ki, yarımmüdafiəçi Kobbi Maynu və hücumçu Coşua Zirkzee də klubdan ayrıla bilərlər. Lakin bu, daha az ehtimal olunur, çünki “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Brayan Mbemo, Amad Diallo və Nussayr Mazraui Afrika Millətlər Kubokuna getdikdə heyətini güclü saxlamaq istəyir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью