“Mançester Yunayted” bunu bacaran yeganə klubdur

07.03.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Mançester Yunayted” Avropa Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində “Real Sosyedad”la heç-heçə edib - 1:1. 

QOL.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın cari mövsüm Avropa Liqasında 9-cu görüşü olub. Komanda həmin matçların heç birində uduzmayıb. 

Statistikaya əsasən, “Mançester Yunayted” 2024/25 mövsümündə Avroliqada yenilməyən yeganə komandadır. 

“Mançester Yunayted” bu 9 oyunun 5-də qalib gəlib, 4-də isə heç-heçə edib. 

Qeyd edək ki, “Mançester Yunayted”in “Real Sosyedad”la cavab oyunu martın 13-də keçiriləcək. Görüş İngiltərədəki “Old Trafford” stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью