Mançester Yunayted Çelsi nin futbolçusunu istəyir

27.04.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Yunayted” Koul Palmeri istəyir. 

Sportal.az "The Independent"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” "Çelsi"nin yarımmüdafiəçisi üçün hərəkətə keçib. Mançester təmsilçisi Palmeri nə qədər istəsə də, “Çelsi” onu satmağı düşünmür.

Lakin təzminat yüksək olarsa, “zadəganlar” onun gedişinə icazə verəcək.

Palmer bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

22 yaşlı futbolçu “Çelsi”dən əvvəl “Mançester Siti”də oynayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью