Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Klubun bu qış heyətini gücləndirməmək qərarından sonra “Mançester Yunayted” yay transfer pəncərəsində transferlərə 200 milyon funt sterlinq (232 milyon avro) xərcləməyi düşünür.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbəyə görə, “qırmızı şeytanlar”ın mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanması yay transferləri üçün vəsaitin boşaldılmasında əsas amil olacaq. Avropanın aparıcı klub yarışına vəsiqə qazanmaq, yarımmüdafiə xəttini yenidən qurmağa çalışan “Mançester Yunayted”in yay transfer planlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
İngiltərə Premyer Liqasının 24 oyunundan sonra “mankunianlılar”ın 41 xalı var və hazırda dördüncü yerdədir.