Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Karlos Baleba zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Maykl Karrik açıqlayıb.
“Karlosun zədəsinin nə dərəcədə ciddi olduğunu hələ dəqiq bilmirik. Amma bərpa prosesi bir neçə həftə çəkəcək. O, nə bu həftə, nə də milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı meydana qayıdacaq”, - deyə Karrik bildirib.
Klubun məlumatına görə, futbolçunun budunun arxa əzələsində zədə aşkarlanıb.
Baleba noyabrın 8-də İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa”ya qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu qarşılaşma “Mançester Yunayted”in beynəlxalq fasilədən əvvəlki son oyunu olacaq.