“Mançester Yunayted” ciddi itki ilə üzləşib AZƏRTAC

24.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Meyson Maunt sıradan çıxıb.

AZƏRTAC xəbər verir ki, Premyer Liqanın XVI turunda "Mançester Siti" ilə oyunun (2:1) 14-cü dəqiqəsində zədələnən yarımmüdafiəçi 2025-ci ilin mart ayına kimi komandasına kömək edə bilməyəcək.

Futbolçu bu mövsüm üçüncü dəfə zədələnib.

Qeyd edək ki, Meyson Maunt bu mövsüm “Mançester Yunayted”in heyətində 12 matçda meydanda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью