Icma.az bildirir, Fanat portalına istinadən.
İngiltərə nəhəngi "Mançester Yunayted" yay transfer pəncərəsində yarımmüdafiə xəttini tamamilə yeniləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi təcrübəli ulduz Kazemiro ilə yolları ayırmaq qərarına gəlib.
"Football Insider"in məlumatına görə, braziliyalı futbolçunun gedişi klubun maaş büdcəsində illik təxminən 20 milyon funt-sterlinq qənaət yaradacaq.
Lakin "qırmızı şeytanlar" yalnız qənaətlə kifayətlənmir, onun boşluğunu dolduracaq yeni oyunçu üçün 100 milyon funt-sterlinqdən çox vəsait xərcləməyi planlaşdırırlar. Bu böyük məbləğ klubun orta xəttdəki dominantlığını bərpa etmək istəyindən xəbər verir.
Kamil Xudiyev