Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Yunayted" yay transfer pəncərəsində hücum xəttini yeni oyunçu ilə gücləndirmək planlarını davam etdirir.
Fanat.Az "Mirror Football"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Everton"un seneqallı hücumçusu İliman Ndiayeni transfer etmək imkanlarını dəyərləndirir.
Uğurlu mövsüm keçirən 26 yaşlı futbolçu üçün Mersisayd təmsilçisi təxminən 70 milyon funt-sterlinq qiymət qoyub.
"Əl-Hilal"ın da maraq dairəsində olan oyunçunu saxlamaq üçün "Everton" artıq yeni müqavilə danışıqlarına başlayıb.