Mançester Yunayted dən ayrılan futbolçu karyerasını bitirdi

31.05.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Conni Evans gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, irlandiyalı müdafiəçi karyerasını başa vurub. Bu barədə futbolçu özü açıqlama verib.

Evans 37 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in yetirməsidir. Təcrübəli mərkəz müdafiəçisi "Antverpen", "Sanderlend", "Vest Bromviç" və "Lester Siti"də də çıxış edib. O,  "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 241 rəsmi matçda 8 qol və 7 məhsuldar öötürmə ilə yadda qalıb. Evans Şimali İrlandiya milli komandasının heyətində 107 oyun keçirib.

Torres daha 2 il "Atletiko"da Çempionlar Liqasının final matçı bu kanalda Səudiyyə Ərəbistanı Kubokunun qalibi müəyyənləşib "Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb Qasperini "Roma"da
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью