Fanat saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında transfer bazarı yenidən alovlanır.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" "Çelsi"nin lideri və İngiltərə millisinin ulduzu Kol Palmeri heyətinə qatmaq üçün hərəkətə keçib.
Mançester təmsilçisi gələn yay bu keçidi rəsmiləşdirmək üçün ciddi büdcə ayırmağı planlaşdırır. Futbolçunun özünün də karyerasında belə bir dəyişikliyə yaşıl işıq yandırdığı bildirilir.
Lakin "Çelsi" rəhbərliyi ulduz oyunçunu asanlıqla buraxmaq niyyətində deyil və onun üçün Premyer Liqa rekordu olan 150 milyon funt-sterlinqlik transfer qiyməti müəyyənləşdirib.
Kamil Xudiyev