Mançester Yunayted dən Napoli yə Rəsmi

03.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi

“Napoli” "Mançester Yunayted”in hücumçusu Rasmus Xoylundun transfer hüquqlarına yiyələnib.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Danimarkalı futbolçu İtaliya klubunda icarə əsasında çıxış edirdi. O, ötən yaydan Neapol təmsilçisinin formasını geyinirdi.

 “Napoli”nin bu transferə görə "Mançester Yunayted"ə 44 milyon avro ödədiyi haqda xəbərlər yayılıb..

Qeyd edək ki, 20 yaşlı forvard başa çatan mövsüm A seriyasında 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью