Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.
BAKU.WS xəbər verir ki, "qırmızı şeytanlar" III turda səfərdə "Everton"la qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra "Mançester Yunayted" 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Everton" isə 5 xalla 8-ci sıradadır.
Qeyd edək ki, "Mançester Yunayted" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.