Mançester Yunayted dən Roma ya

30.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in futbolçusu Kazemiro İtaliyaya yollana bilər.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, onun xidmətində "Roma" maraqlıdır.

"Canavarlar" braziliyalının transferi üçün artıq danışıqlara start verib.

"Mançester Yunayted" ən yaxşı halda futbolçu icarəyə verməyə razılaşacaq. "Roma" buna da hazırdır.

32 yaşlı futbolçu bu mövsüm "Mançester Yunayted"in heyətində 14 matçda iştirak edib və bir qol vurub. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Kazemiro karyerası ərzində "Sao Paolo", "Real", "Porto" komandalarında oynayıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью