Icma.az bildirir, Fanat portalına istinadən.
İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün iddialı planlarını işə salıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" mərkəz yarımüdafiəçisi Kazemironu layiqincə əvəz etmək məqsədilə transfer büdcəsindən 200 milyon avro ayırmağa hazırdır.
Klubun transfer siyahısının ilk pillələrində üç əsas namizədin adı çəkilir. Rəhbərlik "Nyukasl"ın ulduzları Bruno Gimaraynş və Sandro Tonali ilə yanaşı, gənc istedad Elliot Andersonu da diqqət mərkəzində saxlayır.
Alternativ variantlar kimi isə Adam Uorton və Joao Qomesin keçidləri nəzərdən keçirilir.