“Mançester Yunayted” doğma meydanda darmadağın oldu

28.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

İngiltərə Premyer Liqasının XII turunda “Mançester Yunayted” ağır məğlubiyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” doğma meydanda “Brentford”u qəbul ediblər.

“Old Trafford” stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kallum Uilson 19 və 32-ci dəqiqələrdə dubl edib. Kristoffer Ayer 82-ci dəqiqədə fərqi üç topa çatdırıb. Kevin Şade isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə görüşdə son nöqtəni qoyub.

Beləliklə, Maurisio Poçettinonun rəhbərlik etdiyi komandanın İngiltərə Premyer Liqasında qələbəsiz oyunlar seriyası 10 matça çatıb.

“Mançester Yunayted” 12 qarşılaşmadan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Brentford” isə 5-ci sıraya yüksəlib.

Qeyd edək ki, “Brentford” 1937-ci ildən bəri ilk dəfə “Old Trafford”da qələbə qazanıb.

Çempionlar Kubokunun qalibi vəfat etdi UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq” “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью