“Mançester Yunayted” dünya çempionunu transfer etmək istəyir

28.09.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted” gələn yay heyətini gücləndirmək üçün böyük məbləğ xərcləməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbələrin məlumatına görə, İngiltərə klubunun transferdə əsas hədəflərindən biri “Atletik” və İspaniya millisinin cinah hücumçusu Niko Uilyamsdır.

“Mançester Yunayted”in 24 yaşlı futbolçunun transferi üçün 95 milyon avro ödəməyə hazır olduğu bildirilir. Bu məbləğ Uilyamsın Bilbao klubunun heyətindəki müqaviləsində göstərilən sərbəstqalma məbləğidir. İngiltərə təmsilçisinin həmin məbləği ödəməkdə problem yaşamayacağı və futbolçunun müqaviləsindəki 95 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirməyə hazır olduğu qeyd olunur.

Niko Uilyams cari mövsümdə İspaniya çempionatında altı oyunda iştirak edib və bir qol vurub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью