Mançester Yunayted ə Milan müjdəsi

14.06.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted" rəhbərliyi keçmiş baş məşqçisi Ruben Amorimlə bağlı gözlənilməz maliyyə qazancı ilə üzləşib.

Fanat.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Milan"ın sükanı arxasına keçməsi İngiltərə klubunu böyük təzminat yükündən xilas edə bilər.

Fevral ayında Amorim və köməkçilərinin gedişi zamanı "Old Trafford" təmsilçisinin təxminən 15.9 milyon funt-sterlinq civarında təzminat ödəmə ehtimalı var idi.

Lakin təcrübəli mütəxəssisin İtaliya nəhəngi ilə rəsmi müqavilə imzalaması halında bu nəhəng məbləğin ciddi şəkildə azalacağı və klubun milyonlara qənaət edəcəyi vurğulanır.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью