Mançester Yunayted Everton la heç heçə etdi

04.08.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Premyer Liqa klublarının yay seriyası "Mançester Yunayted" - "Everton" matçı ilə başa çatıb.

QOL.az xəbər verir ki, görüş Atlantadakı “Mercedes-Benz” stadionunda keçirilib. Matç 2:2 hesabı ilə yekunlaşıb. 

Hesabı 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Bruno Fernandes ("Mançester Yunayted") açıb. İliman Ndiaye 40-cı dəqiqədə cavab qolunu vurub. Fasilədən sonra əvvəlcə Meyson Maunt “Mançester Yunayted”i irəli çıxarıb. Daha sonra isə Aydan Haven topu öz qapısına göndərərək yekun hesabı müəyyənləşdirib.

“Mançester Yunayted” turniri məğlubiyyətsiz başa vuraraq mümkün doqquz xaldan 7-sini qazanıb. “Everton” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Premyer Liqa Yay Seriyası ABŞ-da keçirilən mövsümöncəsi yoldaşlıq turniridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью