Mançester Yunayted futbolçusunun Ayaks a keçməsinə razı olmayıb | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Manuel Uqartenin Niderland təmsilçisi "Ayaks"a keçidinə razı olmayıb.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, bu barədə məşqçilər korpusu qərar qəbul edib.
25 yaşlı yarımmüdafiəçinin Niderlandda çıxış etmək üçün real şansı var idi.
Hətta Amsterdam komandası uruqvaylı oyunçunu icarəyə götürmək üçün sorğu da göndərib.
Lakin "qırmızı şeytanlar" futbolçunu heyətdə saxlamaq qərarına gəliblər. Qeyd edək ki, Manuel Uqarte cari mövsüm 16 matçda iştirak edib.
"Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu