“Mançester Yunayted” Harri Keyni İngiltərəyə qaytarmaq istəyir

05.05.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin “Mançester Yunayted” futbol komandası hücum xəttini gücləndirmək üçün növbəti transfer hədəfini müəyyənləşdirib. “Qırmızı şeytanlar” “Bavariya”da çıxış edən Harri Keyni bu yay heyətinə qatmaqda israrlıdır.

İdman.Biz xəbər verir ki, mankunianlılar hazırda Münhen klubu ilə müqavilənin uzadılması barədə danışıqlar aparan ingiltərəli forvardı yolundan döndərməyə çalışırlar. Klub rəhbərliyi Keyni yenidən İngiltərə Premyerliqasına qaytarmaq üçün cəlbedici təklif hazırlayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью