Mançester Yunayted hücumçu alır FOTO

08.03.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.

Milli.Az bildirir ki, bir sıra ingilis nəşrlərinin yazdığına görə, mankunianlılar "Kristal Pelas"dan Jan-Filip Matetanı almaq niyyətindədirlər. Fransız hücum mövqeyini gücləndirməyə namizədlərdən biridir.

"Qırmızı şeytanlar" son bir neçə ayda Matetanı diqqətlə izləyib. 

27 yaşlı hücumçunun potensial transfer qiyməti 60 milyon funt-sterlinq dəyərində ola bilər.

Bu mövsüm futbolçu 33 oyunda 15 qol vurub.

Xatırladaq ki, Mateta bundan əvvəl dəhşətli zədə almışdı. /Lent.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью