Mançester Yunayted hücumçu transfer etməyi planlaşdırır

22.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin "Mançester Yunayted" klubu qış transfer dönəmində hücumçu transfer etməyi planlaşdırır.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın qısa siyahısında dörd namizəd - Brayan Mbemo, Mateus Kunya, Liam Delap və Conatan Devidin adı yer alıb.

Hücumçuların hamısı bir müddətdir klubun skautlarının diqqət mərkəzindədir.

Bununla yanaşı, "transfer pəncərəsi"nin sonuna qədər UEFA-nın tətbiq etdiyi "maliyyə feyr-pleyi" qaydalarını pozmamaq üçün klubun Alexandro Qarnaço, Kobbi Meynu və ya Markus Reşfordu satacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью