Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İngiltərənin “Mançester Yunayted” futbol komandasının və Niderland millisinin hücumçusu Coşua Zirkzee qışda klubunu dəyişə bilər.
İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Kristal Palas” maraqlanır. İnsayder Ekrem Konurun məlumatına görə, London klubu yanvar transfer pəncərəsində hücumçunu heyətinə qatmağa çalışacaq.
“Mançester Yunayted” Zirkzeenin gedişini nəzərdən keçirməyə hazırdır. Klub futbolçunun transferi üçün təxminən 30 milyon avro tələb edir.
Niderlandlı hücumçu cari mövsümdə İngiltərə Premyer Liqasında iki oyunda meydana çıxıb və məhsuldar hərəkətlə yadda qalmayıb.