Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Mançester Yunayted"i çalışdıracağı ilə bağlı xəbərlərə reaksiya
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Nyukasl"ın baş məşqçisi Eddi Hou "Mançester Yunayted"i çalışdıracağı ilə bağlı şayiələrə münasibət bildirib.
QOL.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu xəbərlərin əsassız olduğunu deyib:
"Mənim tərəfimdən heç nə dəyişməyib. Mən burada tam gücümlə çalışıram. Başımı aşağı salıb yazdığınız hər şeyi görməzdən gəlirəm. Çünki mənim üçün fərqi yoxdur. Əsas məsələ bugünkü işim və komandanı "Lids"lə oyuna hazırlamaqdır.
İndi çox xoşbəxtəm. Kluba gəldiyimdən bəri idarə heyəti ilə inanılmaz münasibətlərim var və bu, heç vaxt dəyişməyib. Özümü çox şanslı hesab edirəm".
Qeyd edək ki, mətbuatda Eddi Hounun ötən gün istefaya göndərilən Ruben Amorimi əvəzləyəcəyinə dair xəbərlər yayılmışdı.