Mançester Yunayted i Çelsi yə dəyişəcək

29.08.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Çelsi" argentinalı vingerin keçidini yekunlaşdırıb. Bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.

London klubu 22 yaşlı ön xətt oyunçusu üçün "qırmızı şeytanlar"a 40+10 milyon funt-sterlinq təzminat ödəyəcək. Argentina millisinin üzvü "Çelsi" ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Alexandro Qarnaço ötən mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 58 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью