Mançester Yunayted i əzəli rəqibə dəyişə bilər

18.09.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Mançester Yunayted"in futbolçusu Kobbi Meynu Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Team Talk" məlumat yayıb.

"Şəhərlilər" Meynu üçün qışda onun klubuna təklif göndərməyi planlaşdırır. 20 yaşlı oyunçu ilə "Nyukasl" da maraqlanır.

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью