Mançester Yunayted i Real Madrid ə dəyişdiyim üçün peşman deyiləm | Icma.az
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransalı ulduz yarımmüdafiəçi Pol Poqba karyerasının ən kritik keçid dövrlərindən biri haqqında Fransa mediasına maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu 2016-cı ildə "Yuventus"dan ayrılarkən önündə olan seçimlər və verdiyi qərarın pərdəarxası məqamlarını bölüşüb.
Poqba həmin vaxt "Real Madrid"in ciddi marağına baxmayaraq, "Mançester Yunayted"ə qayıtmağa üstünlük verdiyini vurğulayıb: “Düzünü desəm, "Real Madrid" mənimlə görüşmüşdü və mən oraya getməyi düşünürdüm.
Eyni zamanda "Mançester Yunayted"ə keçid də gündəmdə idi. Lakin qəlbim mənə "Old Trafford"a geri dönməli olduğumu dedi.
Bunun səbəbini tam bilmirəm, amma bu addımı atdığım üçün heç bir peşmanlıq hissi keçirmirəm”.
Xatırladaq ki, Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunaraq o dövrün rekorduna imza atmışdı.
İngiltərə təmsilçisinin heyətində ümumilikdə 233 rəsmi matça çıxan yarımmüdafiəçi, bu oyunlarda 39 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.
Tam oxu
Xəbəri oxu