Mançester Yunayted idman direktoru ilə vidalaşıb İdman və Biz

08.12.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted" idman direktoru Den Eşuortla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.

Eşuort klubda cəmi 5 ay fəaliyyət göstərə bilib. Əvvəllər "Nyukasl"da işləyən mütəxəssis iyulun 1-də komandaya qoşulmuşdu. İngiltərə Premyer Liqasının 15-ci turunda "Nottingem Forest"lə qarşılaşmadan sonra klubun baş direktoru Omar Berrad ilə müzakirələrdən sonra bu qərar verilib.

Qeyd edək ki, Eşuortun iştirakı ilə yayda transfelerə 200 milyon funta yaxın məbləğ xərclənib. Əvəzində "Mançester Yunayted" 19 xalla 13-cü pillədə qərarlaşıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью