Mançester Yunayted in 30 milyonluq təklifinə rədd İdman və Biz

24.01.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Leççe" "Mançester Yunayted"in Patrik Dorqu üçün təklifini rədd edib.

İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya klubuna 30 milyon təklif ediblər.

Amma bu rəqəm qarşı tərəfi razı salmayıb. "Leççe" 20 yaşlı müdafiəçini 40 milyondan aşağı qiymətə satmaq niyyətində deyil. Bundan başqa, komanda Dorqunu yaya kimi komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, Patrik bu mövsümdə 22 oyunda meydanda çıxıb və 3 qol vurub, 1 ötürmə verib. Onun "Leççe" ilə 2029-cü ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью