Mançester Yunayted in braziliyalı yarımmüdafiəçisi klubu tərk edir

23.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Mançester Yunayted"in brazilyalı futbolçusu Kazemiro klubdan ayrılmaq qərarına gəlib.

Oxu.Az insayder Din Consun məlumatına istinadən xəbər verir ki, MLS klubları (ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı, MLS - "Major League Soccer"-red.) Kazemironu transfer etmək istəyirlər.

32 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərə klubu Kazemiro üçün 20 milyon avro tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью