Mançester Yunayted in bu qədər uduzduğu olmamışdı

21.04.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Yunayted” tarixinin antirekorduna imza atıb.

QOL.az xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının 33-cü turunda “Vulverhempton”a uduzub – 0:1.

Bu, komandanın mövsümdəki 15-ci məğlubiyyəti olub. "Mançester Yunayted"  klub tarixində heç vaxt bir mövsümdə bu qədər uduzmamışdı.

Ruben Amorimin komandası hazırda 38 xalla 14-cü sıradadır. Komandanın eyni zamanda mövsümü tarixinin ən aşağı xalı ilə başa vuracağı dəqiqləşib. Sona 5 tur qalıb və komanda hər oyunda qələbə qazansa belə, mövsümü 53 xalla bitirəcək. Əvvəlki antirekord isə 58 xal idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью