Mançester Yunayted in əfsanəvi kapitanının qardaşı ölü tapıldı | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mançester Yunayted"in və Serbiya millisinin keçmiş kapitanı Nemanya Vidiçin qardaşı Duşan Belqradda ölü tapılıb.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, hadisənin təfərrüatları hələ açıqlanmayıb. Faciənin başvermə səbəbləri açıqlanmayıb.
Vidiçin ailəsi də hadisə barədə heç bir rəsmi açıqlama verməyib.
Vidiç qardaşları gənclik illərində "Yedinstvo Putevi" klubunda birgə məşq ediblər.
Nemanya peşəkar futbol karyerasına davam etsə də, Duşan idmandan uzaqlaşıb.
Qeyd edək ki, Nemanya Vidiç bütün dövrlərin ən uğurlu serb futbolçularından biri hesab olunur.
O, karyerasını "Yedinstvo"dan sonra "Srvena Star Belqrad"da davam etdirib və burada məşhurlaşıb.
Tam oxu
Xəbəri oxu