Mançester Yunayted in futbolçusu İspaniya nəhənginə keçə bilər

24.09.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kobbi Maynu karyerasını İspaniyada davam etdirə bilər.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Barselona" 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya təmsilçisi Qavinin zədə səbəbindən 4-5 aylıq sıradan çıxmasına görə yeni oyunçu axtarır. Baş məşqçi Hans-Diter Flik Kobbi Maynunu heyətdə görmək istəyir. Klubun bu transferlə bağlı qışda danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, ingiltərəli futbolçu 2025/2026 mövsümündə "qırmızı şeytanlar"ın heyətində cəmi 166 dəqiqə meydanda olub, dörd matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью