Mançester Yunayted in futbolçusu klubu ilə danışıqları dayandırıb

19.11.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kobbi Meynu müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqları dayandırıb.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı ingiltərəli yarımmüdafiəçi daha çox forma şansı qazanmaq üçün qışda İtaliya təmsilçisi "Napoli"yə keçmək istəyir.

O, bu səbəbdən danışıqları dayandırıb. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, Kobbi Meynu cari mövsüm 8 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью