Mançester Yunayted in futbolçusu Qalatasaray ın hədəfində

04.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Mançester Yunayted"in növbəti mövsüm üçün heyətdə düşünmədiyi Ceydon Sanço Türkiyədə çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar" Sançonu icarəyə götürməyi planlaşdırır. "Qalatasaray" "Mançester Yunayted"lə danışıqlara başlayacaq.

Qeyd edək ki, Ceydon Sanço başa çatan mövsümdə icarə əsasında "Çelsi"də çıxış edib. 25 yaşlı futbolçu London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda  5 qol və 10 məhuldar ötürmə ilə  yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью