Mançester Yunayted in hücumçusu İtaliyaya qayıdır

30.08.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylunn İtaliyaya qayıdacaq.

Sportal.az xəbər verir ki, "Napoli" danimarkalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya çempionu Hoylunnu 6 milyon avro qarşılığında 1 illik icarəyə götürəcək. Neapol təmsilçisi 44 milyon avro ödəməklə 22 yaşlı forvardın ttransfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Mançester Yunayted" Rasmus Höylunnu 2023-cü ilin yayında "Atalanta"dan 77 milyon avroya transfer edib. Danimarka millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью