Mançester Yunayted in hücumçusu Roma ya keçə bilər | Icma.az
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Coşua Zirkze qışda İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un yaydığı məlumatda “Roma”nın baş məşqçisi Can Pyerro Qasperini çoxdan niderlandlı futbolçu ilə işləmək istəyi qeyd olunub.
“Mançester Yunayted”in hücumçusu bu mövsüm aldığı az oyun vaxtından narazıdır və dünya çempionatını buraxmaqdan qorxur.
O, artıq agentinə yeni komanda tapmaq zərurətini bildirib. “Roma” üçün belə variant uyğundur.
Qeyd edək ki, Zirkze ilə həmçinin “Vest Hem” və “Everton” da maraqlanır.
saytlarin hazirlanmasi Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu