Mançester Yunayted in kapitanı İngiltərədə ən yaxşı seçildi

04.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş başa çatan ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ötən ay İngiltərə çempionatında keçirdiyi 2 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Bruno Fernandeş ümumilikdə 5-ci dəfə Premyer Liqada ayın oyunçusu adına layiq görülür.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью