Mançester Yunayted in məşqçilər korpusunda xanım köməkçi olacaq

16.11.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Manchester Evening News" xəbər verir ki, Karrik "Mançester Yunayted"ə özü ilə xüsusi fiziki hazırlıq üzrə məşqçi gətirməmişdi, lakin Maurisio Poçettino onun yolunu davam etdirməyəcək. Silviya Tuanın "Mançester Yunayted"in kişilərdən ibarət əsas komandasının məşqçilər heyətinə qoşulan ilk qadın olacağı gözlənilir.

Tua hazırda ABŞ milli komandasında fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərir. O, 2024-cü ilin oktyabrında komandaya qoşulub.

Qeyd edək ki, əslən İspaniyadan olan Tua idman elmləri üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə malikdir və əvvəllər Barselona Universitetində dərs deyib. ABŞ milli komandasında işlədiyi müddətdə o, Maurisio Poçettinonun oğlu, idman sahəsi üzrə alim Sebastiano Poçettino ilə sıx əməkdaşlıq edib. Onlar birlikdə fiziki hazırlıq, kondisiya və zədələrin qarşısının alınması məsələlərinə cavabdeh olub.

İkilinin Poçettino ABŞ yığmasında köməkçiləri olmuş Xesus Peres, Migel D"Aqostino, eləcə də qapıçılar üzrə məşqçi Antoni X. Ximenes ilə birlikdə Mançesterə yollanacaq 

Qeyd edək ki, Sebastiano Poçettino "Tottenhem"də işlədiyi dönəmdən atasının yanındadır. Tua isə yaxın zamanlarda məşqçilər korpusuna daxil olub. Hər ikisi "Mançester Yunayted"də mühüm rol oynayacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью