Mançester Yunayted in qapıçısı Səudiyyə Ərəbistanı yolunda

26.04.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Mançester Yunayted"in qapıçısı Andre Onana karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, əsas liqaya vəsiqə qazanan NEOM kamerunlu qolkiperi transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Klub artıq Onana ilə danışıqlara başlayıb. 29 yaşlı futbolçu Səudiyyə Ərəbistanında oynamağa isti yanaşır.

Qeyd edək ki, "Mançester Yunayted" Andre Onananı 2023-cü ilin yayında "İnter"dən 50 milyon avroya transfer edib. Təcrübəli qapıçı bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 45 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью